Quranda adı çəkilən Rəss qövmünün Azərbaycanla əlaqəsi varmı?

Quranda adı çəkilən Rəss qövmünün Azərbaycanla əlaqəsi varmı?
20:52 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Quranda adı çəkilən Rəss qövmünün Azərbaycanla əlaqəsi varmı?

Quranda iki ayədə Rəss qövmünü adı çəkilir: Fürqan, 38 və Qaf, 12. Bu ayələrdə Rəss əhli barədə konkret bilik verilmədiyi üçün onların harada yaşadığı və hansı peyğəmbərin qövmü olduğu barədə məlumatlar da fərqlidir. Bəzi təfsirçilərin fikrincə "Rəss" sözü Ərəs, yəni Araz çayının adından götürülüb; çünki bu qövm Araz çayının sahilində yaşayırmış.

"Biharül-ənvar"da verilmiş hədislərdə və onların şərhində əshabür-Rəssin məhz Azərbaycan ərazisində yaşadığı barədə qeydlərə dönə-dönə rast gəlirik. Məsələn, "Təfsiri-Qummi"yə istinadən yazılıb: "Rəss Azərbaycan bölgəsində bir çaydır" (Biharül-ənvar, XIV, 153). Bu məzmunda İmam Musa Kazimdən (ə) də hədis rəvayət edilib (Biharül-ənvar, XIV, 154). Məşhur coğrafiyaşünas Yaqut Həməvi də "Möcəmül-buldan" kitabında Rəss qövmünün Azərbaycanda yaşadığını qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/778180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR