Rusiyanın ən bahalı və ən ucuz otellərinin siyahısı açıqlandı

Rusiyanın ən bahalı və ən ucuz otellərinin siyahısı açıqlandı
20:58 15 Avqust 2019
33 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın ən bahalı və ən ucuz otellərinin siyahısı açıqlanıb.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, TASS informasiya agentliyinin məlumatına görə, ölkənin ən bahalı oteli Vladivostok şəhərində yerləşir. Şəhərdə otelin nömrəsi 5954 rubldur ki, bu da Rusiyadakı orta göstəricidən 1,5 dəfə çoxdur. Ən ucuz otel isə (2574 rubl) Volqoqrad şəhərindədir.

Vladivostokdan başqa bahalı otellər Aluşta, Moskva, Krasnoyarsk və Sankt-Peterburq şəhərlərindədir. Ucuz otelləri isə Novosibirsk, Krasnodar, Rostov və Voronej şəhərlərində tapmaq olar.

Ümumilikdə isə Moskva, Ufa, Krasnodar və Novosibirsk şəhərlərində qiymətlər praktiki olaraq dəyişmir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/287573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR