Doğrudur ki, zibili evdə saxlamaq ruzinin azalmasına gətirib-çıxarar?

Doğrudur ki, zibili evdə saxlamaq ruzinin azalmasına gətirib-çıxarar?
21:17 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Bunu mütləq olaraq söyləmək olmaz. Ümumiyyətlə, İslam təmizlik və paklıq dinidir. Zibili evdə çox saxlamaq gigiyena cəhətdən də ziyandır. Ona görə də zibildən tezliklə azad olmaq məsləhətdir. Zibili evdə saxlamağın ruziyə mənfi təsiri barədə bəzi hədislərdə buyurulub. Əllamə Məclisi "Hilyətül-müttəqin" kitabının "Xatimə" bölümündə İmam Əlidən (ə) rəvayət edir ki, süpürülmüş toz-torpağı atmayıb evin içində saxlamaq, evin divarlarındakı hörümçək torunu dağıtmamaq (yəni divarları təmiz saxlamamaq) ruzini aaldar və kasıblığa səbəb olar. Digər mənbələrdə qab-qacağı yumayıb kirli halda səhərə saxlamaq və gecə evi süpürmək də kasıblıq gətirən səbəblərdən sayılıb. Bir daha qeyd edirik ki, bunlar mütləq deyil və tövsiyə xarakteri daşıyır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/778159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR