Allahın göndərdiyi peyğəmbərlərdən diri qalanı varmı?

Allahın göndərdiyi peyğəmbərlərdən diri qalanı varmı?
21:22 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Allahın göndərdiyi peyğəmbərlərin hamısı vəfat etmişdir yoxsa diri qalan peyğəmbər də vardır?

İslami mənbələrdə bəzi peyğəmbərlərin ölmədiyi və qiyamətə kimi diri qalacaqları barədə məlumatlar var. Məsələn, yəhudilər Həzrət İsa Peyğəmbəri (ə) ələ keçirib çarmıxa çəkmək istəyəndə Allah o həzrəti xilas etdi və Öz dərgahına apardı. İsa Peyğəmbər (ə) 12-ci imam Mehdinin (ə) zühuru zamanı yer üzünə enib Ona yardım edəcək.

Bundan başqa, dirilik suyunu tapıb içmiş Həzrət Xızr Peyğəmbərin, İlyas və İdris Peyğəmbərlərin (ə) də Qiyamətə kimi diri qalacağı haqqında rəvayətlər var. Bəzən Xızr və İlyas (ə) Peyğəmbərləri eyni sayırlar.

Qeyd edək ki, şiə inancına görə, 12-ci imam Həzrət Mehdi (ə) də təqribən 874-cü ildə qeybə çəkilmişdir, diridir və Allahın buyurduğu vaxt zühur edəcəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/778172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR