Azərbaycanda bağçada 355 uşaqda bakterial dizenteriya aşkarlanıb

Azərbaycanda bağçada 355 uşaqda bakterial dizenteriya aşkarlanıb
21:27 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

2018-ci ilin sonuna olan məlumata əsasən dövlət məktəbəqədər təhsil müəssisələrində 31505 xəstələnmə halı baş verib. Bunun 24844-ü 3 və yuxarı yaşda olan uşaqlarda qeydə alınıb.

Milli.Az azvision.az -a istindən bildirir ki, b barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, uşaqlar arasında ən çox qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası aşkar edilib.

Bundan əlavə, ötən il uşaq bağçalarında 16087 uşaq qripə yoluxub ki, bunun da 12766 nəfəri 3 və yuxarı yaşda olanlardır. Həmçinin 7729 uşaqda angina (kəskin tonzillit), 160 uşaqda bədbəxt hadisə, zəhərlənmə, 222 uşaqda sətəlcəm, 355 uşaqda bakterial dizenteriya, 144 uşaqda skarlatina qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/778463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR