Ərəb şeyxlərindən yeni trend - mərmər örtüklü superkarlar - FOTO

Ərəb şeyxlərindən yeni trend - mərmər örtüklü superkarlar - FOTO
21:32 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Ərəb şeyxləri yeni trend yaratmağa davam edirlər. Bu günlərdə London küçələrində mərməri xatırladan örtüyə malik olan iki bahalı avtomobil - Ferrari 812 Superfast və Bentley Bentayga modeli qeydə alınıb. Hər iki avtomobil Dubay nömrələrinə malikdirlər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Fox News agentliyi mərməri xatırladan örtüyün bahalı avtomobillərin varlı sahibləri arasında populyarlıq qazandığını bildirir. Lakin, agentliyin müxbirinin yoldan keçənlər apardığı sorğu zamanı, bir çoxları "ağ mərmərdən yonulmuş" avtomobilləri zövqsüz otellərdəki əl-üz yuyanlara bənzədiyini bildiriblər.

London sakinlərindən biri - "yəqin ki, avtomobil sahibi bunun dəbdə olduğunu düşünür, lakin mənə görə bu avtomobillər sarsaq görkəmə malikdirlər", - söyləyib.

Çox güman ki, mərmər örtüyü hər avtomobilə yaraşmır. Məsələn, belə örtüyə malik olan Bugatti Chiron və Lamborghini Urus modelləri sosial şəbəkələrdə çoxlu "layk" toplayıblar. Yəqin ki, bəyənənlərin əksəriyyəti ərəblər olub...

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/777802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR