Üzün tükünü ülgüclə dibindən qırxmağın hökmü nədir?

Üzün tükünü ülgüclə dibindən qırxmağın hökmü nədir?
21:57 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Cəfəri məzhəbli müctəhidlərin fətvalarına görə, üzün tükünü ülgüclə dibindən qırxmağın hökmü nədir?

Keçmiş müctəhidlərin çoxusu bunu qəti surətdə haram bilirdi. Yaxın dövrdə yaşamış mərhum mərceyi-təqlidlərdən Ayətullahül-üzmalar Birucerdi, Gülpaygani, Əraki, Behcət, diri müctəhidlərdən Ayətullahül-üzmalar Şahrudi, Mühəmməd Sadiq Ruhani, Safi Gülpargani, Seyid Sadiq Şirazi, eləcə də Ayətullahlar Gürgani və Məzahiri bunu qəti olaraq haram sayırlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, qalan şiə müctəhidlərinin rəyinə görə, saqqalı dibindən qırxmaq ehtiyati-vacibə görə haramdır. Bizə məlum olana əsasən, yalnız mərhum Ayətullah Fəzlullah, bu gün sağ olan Ayətullah Sanei və Sadiqi Tehrani saqqalı ülgüclə qırxmağa icazə verirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/778186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR