Audi e-tron modelinin alıcılarına elektrik skuteri hədiyyə edəcək - FOTO

Audi e-tron modelinin alıcılarına elektrik skuteri hədiyyə edəcək - FOTO
22:05 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Audi şirkəti e-tron Scooter elektrik skuterini hazırlayıb. Skuter 2200 dollara satılacaqdır. Bununla belə, Audi e-tron krossoverinin alıcılarına skuter hədiyyə olaraq veriləcəkdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, yeni e-tron Scooter cəmi 12 kq çəkiyə malikdir və onu bir əllə idarə etmək olar. Bu onu skeytbordla olan ümumi cəhətidir. Skuterin sükana quraşdırılmış batareya bir dəfəyə 20 km qət etməyə imkan verir. Skuperin maksimal sürəti 20 km/saatdır. Şirkətdən skuterin batareyasını avtomobilin baqajındakı cərəyan mənbəyindən doldurmaq imkanı olduğunu bildiriblər.

Elektrik skuterinin istehsalına 2020-ci ildə başlanacaqdır. Artıq qeyd etdiyimiz kimi, alıcılar onu 2200 dollara ala bilərlər. Audi e-tron quattro krossoverinin sahiblərinə isə, e-tron Scooter pulsuz qismət olacaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/777801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR