ABŞ prezidentliyinə namizəd Con Hikenluper seçkiqabağı mübarizəni dayandırıb

ABŞ prezidentliyinə namizəd Con Hikenluper seçkiqabağı mübarizəni dayandırıb
22:12 15 Avqust 2019
37 Digər
Ölkə mətbuatı
A- A+

Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Con Hikenluper seçkiqabağı yarışı tərk edib.
"Report" xəbər verir ki, bu barədə siyasətçi özünün "Twitter" səhifəsində yazıb.
"Bu səhər elan edirəm ki, daha prezidentliyə namizəd olmayacam. Hərçənd bu kampaniya bizim ümid etdiyimiz nəticəyə malik deyildi və mən kampaniyada komandamızı dəstəkləyən hamıya təşəkkür edirəm", - deyə o, özünün "Twitter" səhifəsində yazıb.
Hikenduper daha əvvəl Kolorado ştatının qubernatoru vəzifəsini icra edib. Hazırda daha 20 nəfər Demokrat Partiyasından vahid namizəd tərəfindən irəli sürülmək üçün mübarizəni davam etdirirlər.
Qeyd edək ki, Con Hikenluperin reytinqi 1%-dən aşağı idi. 



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-prezidentliyine-namized-seckiqabagi-mubarizeni-dayandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR