Həkimin məsləhəti ilə müalicə üçün spirtli içki qəbul etmək olarmı?

Həkimin məsləhəti ilə müalicə üçün spirtli içki qəbul etmək olarmı?
22:22 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Əgər həkim hər hansı xəstəliyə görə dərman kimi gündə müəyyən miqdarda spirtli içki (çaxır və ya araq) içməyi məsləhət görürsə, onun sözünə əməl etmək olarmı?

Milli.Az islam.az-a istinadən bildirir ki, şərab dərddir, dərman deyil. Allah-təala öz bəndəsinin əlacını özünün haram buyurduğu bir şeydə qərar verməz. Hər bir dərmanın alternativi var. Sadəcə olaraq həkimdən daha hansı başqa dərmanın olduğunu soruşmaq və onunla müalicə olunmaq lazımdır.

Vaxtilə belə bir hadisə İmam Cəfər Sadiqin (ə) zamanında baş vermişdi. Bir qadın o həzrətin hüzuruna gəlib deyir ki, mədə xəstəliyinə görə həkimlər ona nəbiz (qıcqırma vasitəsilə alınan içki, pivəyə yaxın tərkibə malikdir) içməyi məsləhət görüblər. Qadın məsləhət istəyir ki, bu dərmanı içsin ya içməsin? İmam ona belə cavab verir: "Vallahi, ondan bir damcı da içməyə icazə vermirəm. Əgər içsən, ruhun bura çatan vaxt peşman olacaqsan". İmam "ruhun bura çatan vaxt" deyərkən əlini boğazına çəkir, bununla da ölüm anına işarə etdiyini bildirir (Küleyni. Əl-Kafi, 6-cı cild, səh. 413).

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/778173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR