Bakıda iki aylıq körpə əməliyyat edilərək həyata qaytarılıb

Bakıda iki aylıq körpə əməliyyat edilərək həyata qaytarılıb
22:27 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Urosepsis sidik yolu infeksiyalarının müalicə edilməməsi və inkişafı səbəbindən yaranan xəstəlikdir. Xəstəlik böyük təhlükə yaratdığına görə erkən müdaxilə və müalicə çox əhəmiyyətlidir. Müalicə edilməməsi isə ağır sepsis, septik şok, poliorqan çatışmazlığı, hətta ölümlə nəticələnə bilər.

İki aylıq körpə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə urosepsis diaqnozu ilə qəbul edilib və onun üzərində mürəkkəb cərrahiyyə əməliyyatı uğurla icra olunub.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Mərkəzdən verilən məlumata görə, əməliyyat urologiya və transplantologiya sahəsində cərrah-uroloq, tibb elmləri namizədi Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.

Həkimlər təcili reanimasiya tədbirləri nəticəsində intensiv müalicə apararaq sonra sidik axarlarında mürəkkəb rekonstruktiv əməliyyat icra ediblər. Onların səyi ilə əməliyyat uğurla keçib və körpənin həyatı xilas edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/778464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR