Lynk&Co avropalılara abunə xidməti təklif edəcək - FOTO

Lynk&Co avropalılara abunə xidməti təklif edəcək - FOTO
22:32 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Lynk&Co şirkətinin rəhbəri Alen Visser çin markasının Avropada irəlilədilməsi planları barədə məlumat verib. Rəqiblərindən fərqli olaraq, çin markasının diler şəbəkəsi olmayacaqdır. Çinlilər avropalılara onlayn şou-rumları və abunə xidmətini təklif etmək niyyətindədirlər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Automotive News Europe nəşrinə müsahibə verən marka rəhbəri avtomobil üçün nəzərdə tutulmuş aylıq abunə haqqının 500 avro ətrafında olacağını bildirib. Bir müddət sonra, müştərilər daha aşağı qiymətə istifadə olunmuş avtomobillərə də abunə yazıla biləcəklər. İcarə müqaviləsini isə, istənilən an dayandırmaq olar.

Startapın təklif etdiyi ilk model Volvo XC40 modelinin arxitekturasında inşa edilmiş Lynk&Co 01 krossoveri olacaqdır. Avropalılar bu modeli 2020-ci ilin yazından başlayaraq icarəyə götürə bilərlər. Gələcəkdə çin şirkətinin model xətti Lynk&Co 02  krossoveri ilə genişləndiriləcəkdir.

Alen Visser icarəyə götürülmüş avtomobilin xarab olması halında, bütün təmir xərclərinin istehsalçının hesabına aid ediləcəyini bildirib. O, bu səbəbdən Lynk&Co şirkətinin biznes konsepsiyasının digər istehsalçıların yanaşmasından fərqləndiyi bildirib. "Bizim avtomobillər nə qədər çox təmirə ehtiyac duyarlarsa, biz o qədər az qazanacağıq", - Visser bəyan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/777815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR