Dünya çempionatında beş yunan-Roma güləşçimizin rəqibi müəyyənləşdi

Dünya çempionatında beş yunan-Roma güləşçimizin rəqibi müəyyənləşdi
22:38 15 Avqust 2019
66 İdman
Ölkə mətbuatı
A- A+

Estoniyanın paytaxtı Tallinndə gənc güləşçilər arasında dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, avqustun 16-da yarışların beşinci günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.

Səkkizdəbir final mərhələsində Zaur Əliyev (55 kq) Nurməhəmməd Abdullayevlə (Qırğızıstan), eyni mərhələdə Zaur Nuriyev (63 kq) Alston Con Nutterlə (ABŞ) gücünü sınayacaq.

Təsnifat mərhələsində Nəsir Həsənov (77 kq) Mikita Kazakovla (Belarus), Laçın Vəliyev (87 kq) David Losonçi (Macarıstan), Sərxan Məmmədov (130 kq) isə Yusif Əhməd Həmdi İssa (Misir) ilə güləşəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/287580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR