Allahın zati ve feli sifətləri arasında hansı fərq vardır?

Allahın zati ve feli sifətləri arasında hansı fərq vardır?
22:52 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Allahın zati ve feli sifətləri arasında hansı fərq vardır?

Allahın sifətləri barədə alimlər bir neçə cür təsnifat təklif etmişlər. Əsasən, şiə mənbələrində daha çox rast gəlinən təsnifata görə, Allahın bəzi sifətləri sübutiyyə, bəziləri də səlbiyyə adlanır. Əhli-sünnə məzhəbində (əsasən, İmam Əbu Hənifənin "Fiqhül-əkbər" kitabında) irəli sürülən təsnifata görə isə Allahın sifətləri iki hissəyə bölünür: zati və feli sifətlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, zati sifətlər o sifətlərdir ki, onların olmamasını təsəvvür etmək mümkün deyil və günahdır. Məsələn, elm, qüdrət, səmi və bəsir sifətləri. Allahı elmsiz, aciz, görməyən və eşitməyən adlandırmaq küfrdür. Amma feli sifətlərin ziddini təsəvvür etmək günah deyil. Məsələn, xaliq, rəzzaq, mütəkəllim (danışan) sifətləri kimi. Allah istəsə yaradar, istəməsə yox. İstədiyinə ruzi yetirər, istəmədiyinə yox. İstədiyi ilə danışar, istəmədiyi ilə yox. Feli sifətlərin mütləq üzə çıxması vacib deyil, Allah bu sifətləri bəzən bəndələrə göstərməyə də bilər. Amma zati sifətlər hər zaman görünəndir və onlarsız Allahı təsəvvür etmək mümkün deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/778182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR