“Neftçi” azarkeşlərinə şok yaşatdı

"Neftçi" klubu UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, paytaxt təmsilçisi səfərdə İsrailin "Bney Yehuda" klubu ilə qarşılaşıb. "Ha Moshava" stadionunda keçirilən görüşü baş hakim Daniele Doveri idarə edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, “Neftçi” iki oyunun nəticəsinə əsasən Avropa Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, komandalar arasında Bakıdakı görüş 2:2 hesablı heç-heçə ilə başa çatmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR