Nə üçün İslamda üzü üstə yatmaq bəyənilməz hal sayılır?

Nə üçün İslamda üzü üstə yatmaq bəyənilməz hal sayılır?
23:12 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Nə üçün arxasıüstə yatmaq İslamda bəyənilir, amma üzü üstə yatmaq bəyənilməz hal sayılır?

Hədislərdə deyilir ki, şamlı (suriyalı) bir nəfər İmam Əlidən (ə) yatmağın növləri barədə soruşanda İmam cavab vermişdi: "Yatmağın dörd növü var: Peyğəmbərlər arxası üstə uzanarlar; onların gözləri yatmaz və vəhyin intizarında olar. Möminlər sağ böyürləri üstə üzü qibləyə sarı yatarlar. Hökmdarlar və şahzadələr sol böyürləri üstə uzanarlar ki, yedikləri həzm olsun. İblis, onun qardaşları (yəni köməkçiləri), ağıldan məhrum və dərdə düçar olmuş adamlar isə üzüüstə yatarlar" (Biharül-ənvar, 76-cı cild, səh. 186-187).

Milli.Az islam.az-a istinadən bildirir ki, sağ böyrü üstə üzü qibləyə uzanmaq (möminlərin yatmaq tərzi) insanın qəbirdəki halını xatırladır. Üzü üstə uzanmaq isə həm bədən üzvlərinin sıxılmasına və narahatçılığa səbəb olur, həm də ehtilama (yuxuda cənabətli olmağa) şərait yaradır. Bəzi hədislərdə sol böyrü üstə yatmaq münafiqlərin adəti kimi göstərilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/778170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR