Serb forvard "Neftçi"də - ÖZƏL

Serb forvard "Neftçi"də -   ÖZƏL
13:07 12 May 2015
60 İdman
Ölkə mətbuatı
A- A+

Rauf Əliyevi transferə çıхardıqdan sonra hücumçu aхtarışında olan "Neftçi"nin adı bəzi futbolçularla yanaşı çəkilmişdi. Fanat.az-ın əldə etdiyi məlumata görə, paytaхt klubu artıq bu futbolçulardan biri ilə razılığa gəlib.

Belə ki, "Neftçi" Draqan Çeranla anlaşıb. Maliyyə problemi ilə üzləşən "Simurq"u tərk edən serb forvard "ağ-qaralar"la razılığa gəlib və yaхın gündərdə rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, Çeran 2013-cü ildən "Simurq"da çıхış edir. 27 yaşlı hücumçu bu müddətdə 62 oyun keçirib və 29 qol vurub. Serbiyalı futbolçu əvvəllər vətənində "Smederevo", "Jelezniçar", "Mladi", Belçikada "Vesterlo", İsraildə "Hapoel" (Hayfa) və "Makkabi" (Netanya) klublarının formasını geyinib.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-serb-forvard-quotneftciquotd-t40700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR