Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb

Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb
23:52 15 Avqust 2019
43 Digər
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 7
iyun tarixli qərarlara dəyişiklik edib.
"Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənəti Muzeyi, Şəki Dövlət Rəsm Qalereyası, Basqal qəsəbə Mədəniyyət Evi, Xınalıq kənd Mədəniyyət Evi“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na əlavə edilib.


Xəbərin orijinal ünvanı: https://report.az/turizm/dovlet-turizm-agentliyinin-strukturuna-daxil-olmayan-tabeliyindeki-qurumlarin-sayi-artirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR