Aventador modelinin yeni nəsli 2024-cü ildə debüt edə bilər - FOTO

Aventador modelinin yeni nəsli 2024-cü ildə debüt edə bilər - FOTO
00:05 16 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Lamborghini şirkəti bayraqdar Aventador modelinin yeni nəslinin yaradılması ilə bağlı problemlər yaşayır. İtalyan markası ilə onun sahibi olan Audi şirkəti arasında yaranmış ziddiyyətlər ucbatından Aventador modelinin xələfinin planlaşdırılmış debütü əvvəlcə 2020-ci ildən 2021-ci ilə, indi isə 2024-cü ilə keçirilib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, ziddiyyətə səbəb olan, Volkswagen qrupunun 6,5-litrlik V12 atmosfer mühərrikinin sərtləşmiş ekoloji tələblərə uyğunlaşdırılmasına vəsait xərcləməkdən imtina etməsidir. Konsern bu mühərriki 4,0-litrlik V8 turbomühərrikinin əsasında yaradılmış hibrid qurğu ilə əvəzləməyi təklif edir.

Lamborghini şirkətinin rəhbəri Stefano Domenikali isə, V12 mühərrikinin saxlanılmasının tərəfdarıdır. İtaliyalı mütəxəssis ekoloji normalara adaptasiyanı elektrikləşmədə görür və şirkətin özünün hazırladığı V12 mühərrikindən imtina etməyəcəyini bildirib.

Əgər Lamborghini Aventador modelinin növbəti nəsli beş il gecikərsə, Sant-Aqata-Bolonyezedə superkarın ikinci yenilənməsini həyata keçirməyə məcbur qalacaqdırlar. Əlbəttə ki, 2011-ci ildə debüt etmiş superkarı yenidən restaylinqə məruz qoymaq o qədər də uğurlu həll yolu deyil - Ferrari şirkətinin təqdim etdiyi yeni modellər fonunda bu yolverilməz israfçılıqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/777817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR