Xaçmazda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Xaçmazda ağır yol qəzası baş verib, ölən və yaralananlar var
01:07 16 Avqust 2019
54 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz-Quba yolunun 6-cı kilometrliyində, rayonun Yergüc kəndi ərazisində "VAZ-2106" markalı avtomobillə əks istiqamətdə hərəkət edən "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Yaralılar - Quba rayon Birinci Nügədi kənd sakini, 1979-cu il təvəllüdlü Xəzər Ağamirzə oğlu Ələkbərov, Quba rayon Ağıl kənd sakinləri - 1993-cü il təvəllüdlü Arif Əmrəli oğlu Eyyubov, 1982-ci il təvəllüdlü Fərhad İmran oğlu Eyyubov, 1992-ci il təvəllüdlü Orxan Məhəmməd oğlu Pirimov və 1993-cü il təvəllüdlü Sadıq Sarvan oğlu İskəndərovdur. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan aldığımız məlumatda bildirilib ki, yaralılardan Quba rayon Birinci Nügədi kənd sakini 1962-ci il təvəllüdlü Elman Həsən oğlu Babayev aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xacmazda-agir-yol-qezasi-bas-verib-olen-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR