Elçin Quliyev: "DSX-nin fəaliyyəti dövründə sərhədçilər tərəfindən 10989 sərhəd pozucusu saxlanılıb"

Elçin Quliyev: "DSX-nin fəaliyyəti dövründə sərhədçilər tərəfindən 10989 sərhəd pozucusu saxlanılıb"
01:32 16 Avqust 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

"Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə Azərbaycan sərhədçiləri tərəfindən 10 min 989 sərhəd pozucusu, 160 min 428 nəfər rejim pozucusu, 37 min 789 nəfər axtarışda olan şəxs saxlanılıb, külli miqdarda qaçaqmalın, o cümlədən 6 ton 372 kq narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb".
"Report" xəbər verir ki, bu fikirlər Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin rəsmi mətbuatda dərc edilmiş məqaləsində yer alıb.
DSX rəisi bildirib ki, bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və əlaqədə şübhəli bilinən 86 nəfər Azərbaycan, 24 nəfər xarici vətəndaş aşkar olunub, terrorçuluğa qarşı mübarizə çərçivəsində 91 şəxs saxlanılıb, 388 nəfərin şəxsiyyəti müəyyən edilib: "Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 150 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib".


Xəbərin orijinal ünvanı: https://report.az/herbi/elcin-quliyev-10989-serhed-pozucusu-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR