Masazırda bir ailə yol qəzasına düşdü

Masazırda bir ailə yol qəzasına düşdü
01:38 16 Avqust 2019
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonu Masazır qəsəbəsində yol qəzası baş verib.

İki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Əhmədov Səxavət Yusifəli oğlu, həyat yoldaşı Əhmədova Səadət Nurəddin qızı və övladları - 2018-ci il təvəllüdlü Əhmədli Nihat Səxavət oğlu, 2011-ci il təvəllüdlü Əhmədli İntizar Səxavət qızı hadisə zamanı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Əhmədov Səxavətə döş qəfəsinin küt travması, Əhmədova Səadətə burun əziyi, uşaqlara isə bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozları qoyulub (Report).


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/287583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR