ABŞ prezidenti tezliklə Çin rəhbəri ilə telefonla danışacağına söz verib

ABŞ prezidenti tezliklə Çin rəhbəri ilə telefonla danışacağına söz verib
02:57 16 Avqust 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp bildirib ki, tezliklə Çin Xalq Respublikasının sədri Si Çzinpinlə telefonla danışacaq.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
"Bizim ən yaxın vaxtda danışığımız planlaşdırılıb", - deyə o jurnalistlərə bildirib.
Trampın sözlərinə görə, ticarət "müharibəsi" nə qədər uzun müddət davam edirsə, ABŞ iqtisadiyyatı da o qədər möhkəm olur. O, bununla yanaşı hesab edir ki, ticarət müharibəsi uzun müddət davam etməyəcək.
ABŞ və Çin arasında ticarət münaqişəsi avqustun ilk günlərində - Donald Trampın 1 sentyabrdan Amerikanın Çinin 300 milyard dollarlıq mallarına 10% rüsum tətbiq etmək niyyətini açıqlamasından sonra kəskinləşib. 
Daha əvvəl ABŞ prezidenti Donald Tramp "Twitter" vasitəsi ilə Çin liderinə Honkonqdakı vəziyyətlə bağlı görüş təklif edib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-prezidenti-tezlikle-cin-rehberi-ile-telefonla-danisacagina-soz-ve

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR