Xaçmazda AĞIR QƏZA: ölən və yaralananlar var - FOTO

Xaçmazda AĞIR QƏZA: ölən və yaralananlar var - FOTO
02:58 16 Avqust 2019
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın məlumatına görə, Xaçmaz-Quba yolunun 6-cı kilometrliyində, rayonun Yergüc kəndi ərazisində "VAZ-2106" markalı avtomobillə əks istiqamətdə hərəkət edən "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar - Quba rayon Birinci Nügədi kənd sakini, 1979-cu il təvəllüdlü Xəzər Ağamirzə oğlu Ələkbərov, Quba rayon Ağbil kənd sakinləri - 1993-cü il təvəllüdlü Arif Əmrəli oğlu Eyyubov, 1982-ci il təvəllüdlü Fərhad İmran oğlu Eyyubov, 1992-ci il təvəllüdlü Orxan Məhəmməd oğlu Pirimov və 1993-cü il təvəllüdlü Sadıq Sarvan oğlu İskəndərovdur. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan aldığımız məlumatda bildirilir ki, yaralılardan Quba rayon Birinci Nügədi kənd sakini, 1962-ci il təvəllüdlü Elman Həsən oğlu Babayev aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/287589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR