Yumurta qaynatmaq istədi gözünü itirdi

Yumurta qaynatmaq istədi gözünü itirdi
05:32 16 Avqust 2019
Ölkə mətbuatı
A- A+

İngilis qadın mikrodalğalı sobada yumurta qaynatmaq istəyərkən gözlərini itirib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, İngiltərədə bir qadının mikrodalğalı sobadan düzgün istifadə etmədiyi səbəbindən gözlərini qismən itirib.

"The Sun" qəzetinin yazdığına görə, 22 yaşlı Betani Rosser əvvəllər yumurtanı mikrodalğalı sobada necə bişirilməsi qaydasını - "İnternetdəki təlimatları" oxuduqdan sonra sobada yumurta bişirmək qərarına gəlib. Göstərişlərdən birini yerinə yetirmək istəyib: müəllifin təlimatı (suya duz əlavə olunarsa) yumurtaların partlamayacağına əmin edib. Məhsulu sobaya yerləşdirən  qız, bir neçə dəqiqə gözləyib və bişmiş yeməyi götürməyə  qərar  verib. Qapını açan kimi yumurta partlayıb və iki yumurtanın qaynar tərkibi onun üzünə sıçrayıb. Ağır yanıq xəsarətləri alan qadın xəstəxanaya aparılıb. Qadının bir gözü tam olaraq görməz hala düşüb. Həkimlər onun görmə qabiliyyətini tamamilə bərpa edə biləcəyinə əmin olmayıb.

Jurnalistlərə verdiyi müsahibədə Rosser işinin ibrətamiz olacağına və heç kimin mikrodalğalı sobada yumurta bişirməyə cəhd etməyəcəyinə ümid etdiyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/778315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR