Yaponiyada 1,7 min nəfər tayfuna görə hava limanında gecələyib

Yaponiyada 1,7 min nəfər tayfuna görə hava limanında gecələyib
05:47 16 Avqust 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyada azı 1,7 min nəfər "Krosa" tayfununa görə hava reyslərinin ləğv edilməsi səbəbindən gecəni Osaka şəhərinin hava limanında keçirib.
"Report"un məlumatına görə, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.
Qeyd edilir ki, hava limanının administrativ rəhbərliyi sərnişinlərə pulsuz suyataq kisələri paylayıb. Sərnişinlər hava limanının döşəməsində yatmağa məcbur olublar.
Məlumata görə, cümə axşamı 250-ə yaxın reys təxirə salınıb. Yaponiyada tayfun nəticəsində 1 nəfər həlak olub, daha 49 nəfər xəsarət alıb.
Hazırda tayfun Hokkaydo adası istiqamətində irəliləyir. Küləyin gücü saniyədə 25 metrə çatır.
Daha əvvəl bildirilib ki, Yaponiyanın qərb bölgələrində “Krosa” tayfununa görə 580 minədək sakinin təxliyyəsinə hazırlıq görülür.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yaponiyada-1-7-min-nefer-tayfuna-gore-hava-limaninda-geceleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR