Səudiyyə Ərəbistanında həcc ziyarəti müddətində səkkiz uşaq anadan olub

Səudiyyə Ərəbistanında həcc ziyarəti müddətində səkkiz uşaq anadan olub
06:32 16 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Bu il həcc ziyarəti müddətində Səudiyyə Ərəbistanın müqəddəs yerlərində 8 uşaq anadan olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həcc ziyarəti günlərində müsəlman zəvvar qadınlar Məkkənin doğum evlərində 5 uşaq dünyaya gətiriblər. Bu uşaqlardan ikisi Ərafat, biri isə Minada doğulub.

40 yaşlı liviyalı zəvvar qadın Suad Məhəmməd Barbuş Ərafat xəstəxanasında oğlan uşağı dünyaya gətirib və ona Ərafat adı qoyub. Qvineyadan olan 23 yaşlı müsəlman qadın Maymuna Əli isə məşhur Ərafat dağına qalxdıqdan bir neçə saat sonra oğlan uşağı dünyaya gətirib və valideynlər ona Səudiyyə Ərəbistanın vəliəhdi, şahzadə Məhəmməd Salmanın şərəfinə Məhəmməd Salman adı veriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/778435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR