Standartları yıxan gözəllik - FOTO

Standartları yıxan gözəllik - FOTO
07:42 16 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Müasir dəb öz müxtəlifliyi ilə diqqət çəkir. Arıq, billur üz və ideal bədən parametrləri olan modelləri unikal üz cizgilərinə malik tamamilə qeyri-adi qızlar (hətta bəzən transgenderlər) əvəzləyir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, belə qızlardan biri də Mariana Mendesdir. Braziliyalı Mariana doğum ləkəsinə görə uşaq yaşlarından ələ salınıb. Lakin indi o, bütün gözəllik standarlarını yıxan məşhur modeldir.

"Ətrafımda - jurnallarda, kino və moda dünyasında mənə bənzəməyən insanları görərək böyümüşəm. İndi də mediada müxtəlif insanların olması üçün mübarizə aparıram. Heç kim ideal olmağa can atmamalıdır. Çünki ideal yoxdur. Hər kəs özünəməxsus şəkildə unikaldır. Xüsusi cigizlərə malik insanlar böyük əksəriyyətə oxşamadıqları üçün üzülməli deyillər. Bilirəm ki, mənim hekayəm bir çoxlarını ruhlandıra bilər. Mən də məhz bunun üçün çalışıram" - deyə, Mariana bildirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/778414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR