"Şəki pitisinə vuruldum" - Xalq artisti - FOTO

"Şəki pitisinə vuruldum" - Xalq artisti - FOTO
07:57 16 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl həyat yoldaşı - Azərbaycanın Xalq artisti Yusif Eyvazovun vətəninə gələn Rusiyanın Xalq artisti, opera ulduzu Anna Netrebko ölkəmizin rayonlarını qarış-qarış gəzir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı həyat yoldaşı və oğlu Tyaqo ilə bərabər yollandığı məkanlar haqda fikirlərini yarım milyonluq İnstaqram hesabında bölüşür.  Əvvəlcə Şamaxıya yollanan A. Netrebko daha sonra Şəkiyə səfər edib.

"Şəki pitisinə vuruldum. Sovet dövrünün ət konservinə bənzəyir, amma bu, qoyun əti, noxud və sarı gavalıdır", - Xalq artisti sosial şəbəkə hesabında yazıb.

A.Netrebko Şəkidə bazarı, Karvansarayı və Xan sarayını ziyarət edib. O, orada özünə və rəfiqələrinə məşhur Şəki kəlağayıları alıb. Daha sonra Kiş kəndinə yollanan opera ulduzu orada XII əsrə aid qədim xristian məbədinə baş çəkib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/778423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR