Kral ilan özü özünü uddu - VİDEO

Kral ilan özü özünü uddu - VİDEO
08:27 16 Avqust 2019
Ölkə mətbuatı
A- A+

ABŞ-n Pensilvaniya ştatında sürünənlər üçün sığınacaqda Kronos adlı kral ilan öz quyruğunun 25 santimetrini udub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, videoçarxda Jesse, ac olan kral ilanını xilas edir. Bildirilir ki, kral ilanlarına daha çox ABŞ-da rast gəlinir və onlar digər ilan növləri ilə qidalanırlar. Heyvansaxlama məntəqəsinin işçilərinin sözlərinə görə, bu ilanlar digər ilanlarla qidalansalar da, 15-illik təcrübələrində ilanın özünü udması faktı ilə ilk dəfə rastlaşıblar.

Bu növ ilanlar üçbucaq şəkilli başa və tünd qəhvəyi və ya qara rəngli incə bir gövdəyə sahibdirlər. Kral ilanının uzunluğu iki metrə çatır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/778289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR