Çində torpaq sürüşməsi nəticəsində 17 nəfər itkin düşüb

Çində torpaq sürüşməsi nəticəsində 17 nəfər itkin düşüb
09:12 16 Avqust 2019
76 Dünya
Ölkə mətbuatı
A- A+

Çində torpaq sürüşməsi nəticəsində ən az 17 nəfər itkin düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerli vaxtla saat 12:44-də Lianshan-İy Muxtar Vilayətinin Qanlo qəzasında baş verib.

Bildirilir ki, dağ süxurunun bir hissəsi gözlənilmədən Çenqdu və Kunminq şəhərləri arasındakı dəmir yolunun bir hissəsinə çökdü.

Dağıntılar altında onlarla texniki personalın əməkdaşı qalıb. İndiyə qədər 11 nəfər xilas olunub.

Hadisə yerində təxminən 400 xilasedici və 14 ədəd texnika işləyir. Axtarış işləri davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/778549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR