AQTA: “Xan bağı” parkında bir neçə yaşlı, iri gövdəli ağaclar quruyub

AQTA: “Xan bağı” parkında bir neçə yaşlı, iri gövdəli ağaclar quruyub
09:32 16 Avqust 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə üzrə fitosanitar müşahidələri davam etdirir.
AQTA-dan "Report"a verilən məlumata görə, agentliyin əməkdaşları Gəncə şəhərində 6 ha ərazisi olan “Xan bağı” parkında 79 növ yerli və introduksiya olunmuş dekorativ ağac və kol bitkiləri üzərində monitorinqlər həyata keçirib.
Monitorinqlərin aparılmasında əsas məqsəd parklarda dekorativ ağac və kol bitkilərində fitosanitar vəziyyətlərin qiymətləndirilməsi, eyni zamanda iri gövdəli, yaşlı, tamamilə qurumuş, gövdəsi, iri budaqları və çətir hissəsi yarı qurumuş ağacların aşkar edilərək quruma səbəblərinin müəyyənləşdirilməsi olub.
Monitorinq zamanı sağlam yaşıl ağaclarda, qismən və ya tamamilə qurumuş iri gövdəli ağacların (bitkilərin) xəstəlik və zərərverici ilə sirayətlənmə halları aşkar edilməyib. Lakin parkda bir neçə yaşlı, iri gövdəli ağacların (Eldar şamı, Akasiya, Kiparis, Kağız ağacı və s.) quruması müşahidə olunub.
Sözügedən parkda quru ağacların qanunvericiliyə uyğun olaraq kəsilib götürülməsi ilə bağlı tədbirlər həyata keçirilməsi məqsədi ilə aidiyyəti qurumlara məlumatlar verilib.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xan-bagi-parkinda-bir-nece-yasli-iri-govdeli-agaclar-quruyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR