"Neftçi" Avropa Liqasındakı çıxışını 1,5 milyon manat qazancla başa vurub

"Neftçi" Avropa Liqasındakı çıxışını 1,5 milyon manat qazancla başa vurub
09:42 16 Avqust 2019
38 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçında “Bney Yehuda”ya İsraildə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandıran “Neftçi” çıxışını 780 min avro (təxminən, 1,5 milyon manat) qazancla başa vurub.
“Report”un məlumatına görə, paytaxt təmsilçisi I, II və III təsnifat mərhələlərində iştirak üçün həmrəylik ödənişindən müvafiq olaraq 240 min avro, 260 min avro və 280 min avro alacaq.
“Neftçi”dən öncə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Səbail” və “Qəbələ” də mübarizəni dayandırıb. Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Kiprin APOEL komandasını keçə bilməyən “Qarabağ” avrokubokdakı yoluna Avropa Liqasında davam edəcək. Ağdam təmsilçisi pley-offda Şimali İrlandiyanın “Linfild” kollektivi ilə qarşılaşacaq. Azərbaycan çempionu ilk oyununu avqustun 22-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.
Qeyd edək ki, UEFA-nın 2019/2020 avrokubok mövsümü üçün maliyyə gəlirlərinin bölgüsü sisteminə əsasən, ÇL-in pley-off mərhələsində mübarizəni dayandıracaq klublar arasında 30 milyon avro bölüşdürləcək və hər bir kluba 5 milyon avro çatacaq.
ÇL-in qrup mərhələsinə düşəcək 32 klubun hər biri 15,25 milyon avro qazanacaq. Qrup mərhələsində hər qələbəyə görə 2,7 milyon avro, heç-heçə üçün 900 min avro veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar.
1/8 finala çıxanlar hərəyə 9,5 milyon avro, 1/4 finalçılar 10,5 milyon avro, yarımfinalçılar 12 milyon avro qazanacaqlar. Finalda uduzan komandaya 15 milyon avro, qalibə isə 19 milyon avro çatacaq.
Avropa Liqasının qrup mərhələsinin iştirakçıları hərəyə 2,92 milyon avro, qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar. Qrup mərhələsindəki hər qələbə qarşılığında 570 min avro, heç-heçəyə görə 190 min avro veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Pley-offa çıxanlar 500 min avro, 1/8 final iştirakçıları 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar 4,5 milyon avro, qalib 4 milyon avro qazanacaq.
Superkubok iştirakçıları hərəyə 3,5 milyon avro, qalib isə əlavə 1 milyon avro əldə edəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-1-5-milyon-manat-qazandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR