"Azərbaycan sərhədçisi sərhədlərin qorunması naminə şərəflə xidmət edir" - Elçin Quliyev

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən tədbirlər nəticəsində bu gün ölkəmizdə müasir tələblərə cavab verən güclü sərhəd mühafizə infrastrukturu yaradılmış, dövlət sərhədlərinin etibarlı mühafizəsində mühüm nailiyyətlər əldə olunmuş, Azərbaycanın sərhəd mühafizəsi peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan qurum səviyyəsinə yüksəlmişdir".

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir. Məqalədə qeyd olunur ki, dövlət sərhədimizin Azərbaycan sərhədçiləri tərəfindən qorunması milli dövlətçiliyin mühüm atributlarından olaraq xalqımızın əmin-amanlıq şəraitində yaşaması üçün əsas təminatlardan biridir:

"Dövlət sərhədlərinin etibarlı mühafizəsi həlledici dərəcədə sərhədçilərin peşəkarlığından, hərbi hissələrin və bölmələrin təcrübəli heyətlə komplektləşməsindən asılıdır. Kadr hazırlığı Dövlət Sərhəd Xidmətinin fəaliyyətində çox əhəmiyyətli və xüsusi diqqət yetirilən sahədir. Azərbaycan sərhəd mühafizəsi müstəqilliyimizin ilk illərində bu sahədə ciddi çətinliklərlə üzləşmişdir. Sovet dövründə ölkəmizin yalnız cənub sərhədlərində sərhəd infrastrukturu var idi. Həmin sərhədləri isə sovet qoşunları mühafizə edirdi və sərhədçi kadrlar arasında azərbaycanlılar çox az idi. Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində hələ sovet dövründə milli hərbçi kadrların yetişdirilməsi istiqamətində böyük işlər görülmüşdür. Respublikamızda C.Naxçıvanski adına hərbi liseyin yaradılması və hər il yüzlərlə azərbaycanlı gəncin Sovet İttifaqının müxtəlif ali hərbi məktəblərinə təhsilə göndərilməsi müstəqillik dövrünə hesablanmış böyük strateji addımlar olmuşdur. Uzaqgörən dövlət xadiminin diqqət və qayğısı sayəsində sovet dövründə hazırlanmış hərbçilər müstəqillik illərində kadrların hazırlanmasında böyük rol oynadılar".

Məqalədə həmçinin qeyd olunur ki, 1993-cü ildə xalqımızın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin müdrikliyi sayəsində dövlət sərhədinin mühafizəsində də yeni mərhələ başlandı. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə göstərilən diqqət və qayğı sayəsində cənub sərhədlərində dağıdılmış sərhəd infrastrukturunun bərpası, ölkənin şimal və şimal-qərb sərhədlərində sərhəd məntəqələrinin yaradılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüldü:

"Ulu Öndər Heydər Əliyevin 1993-cü il noyabr ayının 2-də radio və televiziya ilə xalqa tarixi müraciəti sərhəd mühafizəsinin möhkəmlənməsi və inkişafı üçün də əhəmiyyətli oldu. Xalqın vətənpərvər oğulları müstəqil respublikamızın sərhədlərini qorumaq üçün müraciət etdilər. İlk vaxtlar təcrübəsizlik, ixtisaslı zabitlərin çatışmaması müəyyən çətinliklər törətsə də, mülki həyatdan gəlmiş zabit və gizirlər qısa müddət ərzində sərhədçi peşəsinə yiyələnə bildilər. Tədricən qoşunların kadr potensialı yaranmağa başladı.Ulu Öndər Heydər Əliyevin 1993-cü il noyabr ayının 2-də radio və televiziya ilə xalqa tarixi müraciəti sərhəd mühafizəsinin möhkəmlənməsi və inkişafı üçün də əhəmiyyətli oldu. Xalqın vətənpərvər oğulları müstəqil respublikamızın sərhədlərini qorumaq üçün müraciət etdilər. İlk vaxtlar təcrübəsizlik, ixtisaslı zabitlərin çatışmaması müəyyən çətinliklər törətsə də, mülki həyatdan gəlmiş zabit və gizirlər qısa müddət ərzində sərhədçi peşəsinə yiyələnə bildilər. Tədricən qoşunların kadr potensialı yaranmağa başladı."

Elçin Quliyev həmçinin qeyd edib ki, milli sərhədçi kadrların hazırlanmasına xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2007-ci il iyun ayının 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzaladı. 2008-ci ilin avqust ayında ilk kursantlar akademiyaya qəbul olundular:

"Milli sərhədçi kadrların hazırlığı istiqamətində görülən işlər sırasında Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılması mühüm yer tutur. Heydər Əliyev Fondu tərəfindən yenidən qurulmuş məktəb 2011-ci ilin oktyabr ayında istifadəyə verilmiş və açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir. Əsas məqsədi ölkə Prezidentinə, dövlətinə, xalqına sadiq, yüksək səviyyədə təlim və təhsil almış, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan övladlarının yetişdirilməsi olan xüsusi məktəbin məzunları artıq Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil alırlar. Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni tədris korpusunun 2018-ci il mart ayının 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilməsi kursantların sayının 3 dəfəyədək artırılması imkanını yaratmışdır. 2019-cu ildə DSX Xüsusi Məktəbinə qəbul olunmaq üçün müraciətlərin sayının 1200-dən artıq olması və 1 kursant yerinə 26 nəfərdən ibarət müsabiqənin yaranması DSX Xüsusi Məktəbinin qısa müddət ərzində orta təhsil müəssisələri arasında böyük nüfuz qazanmasının göstəricisi olmuşdur."

Həmçinin qeyd olunur ki, bu gün hər bir Azərbaycan sərhədçisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən qürurludur və dövlət sərhədlərinin toxunulmazlığı naminə şərəflə xidmət edir:

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrük rəhbərliyi və komandanlığı altında Silahlı Qüvvələrimiz tərəfindən yaxın müddətdə dövlətimizin ərazi bütövlüyünun təmin ediləcəyinə və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminliyimiz gündən-günə artır, qələbəmiz anbaan yaxınlaşır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR