15 yaşlı qızı və anasını zorlayan kişi edam olundu - "Tanrı insanı yaratdı, İsa ağladı" - FOTO

15 yaşlı qızı və anasını zorlayan kişi edam olundu - "Tanrı insanı yaratdı, İsa ağladı" - FOTO
10:52 16 Avqust 2019
98 Dünya
Ölkə mətbuatı
A- A+

2 qadını zorlayıb öldürən qatil edam olunub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Tennessi ştatının Neşvil şəhərində 56 yaşlı məhkum edam edilib.

Ölüm hökmü ilə cəzalandırılmış məhkum Stephen Michael West bədəninə elektrik verilməsi nəticəsində dünyasını dəyişib.

O, ölümündən əvvəl steyk və frençfrayz sifariş verib. Stefenə son sözlərini söyləmək üçün vaxt verilib.

"Tanrı insanı yaratdı, İsa ağladı. Bu qədər", - deyə o gileylənib. Stefen axşam vaxtı ilə saat 7.27-də edam edilib.

Ölüm hökmünə narazılıq bildirən şəxslər həmin vaxt həbsxananın qarşısına yığışaraq etiraz ediblər. Onlar edamdan sonra 1 dəqiqəlik sükut ediblər.

Qeyd edək ki, Stephen Michael 1986-cı ildə 51 yaşlı qadını və onun 15 yaşlı qızını zorladıqdan sonra bıçaqlayaraq öldürüb.

Emin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/778587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR