“Hərbi-tibbi estafet” müsabiqəsində Azərbaycan Ordusunun kişilərdən ibarət hərbi həkimlər komandası medalla təltif olunub

“Hərbi-tibbi estafet” müsabiqəsində Azərbaycan Ordusunun kişilərdən ibarət hərbi həkimlər komandası medalla təltif olunub
11:22 16 Avqust 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsinə komanda birinciliyi yarışları ilə yekun vurulub.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, hakimlərin qərarına əsasən yarışda qazandığı uğura görə 11 komanda arasında Azərbaycanın kişilərdən ibarət komanda heyəti 111 xalla 3-cü yerə layiq görülüb. 
Özbəkistan və Qazaxıstan komandaları isə müvafiq olaraq birinci və ikinci yerlərdə qərarlaşıb.
“Hərbi-tibbi estafet” müsabiqəsinin təntənəli bağlanış mərasimində Azərbaycan Ordusunun kişilərdən ibarət hərbi həkimlər komandası medalla təltif olunub.


Xəbərin orijinal ünvanı: https://report.az/herbi/herbi-tibbi-estafet-musabiqesinde-herbi-hekimlerimiz-medalla-teltif

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR