Bu il əsas kapitala 7,4 mlrd manat vəsait yönəldilib

Bu il əsas kapitala 7,4 mlrd manat vəsait yönəldilib
11:27 16 Avqust 2019
38 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 395,5 mln manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 67,7%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ümumi sərmayənin 64,3%-i məhsul istehsalı sahələrinə, 26,4%-i xidmət sahələrinə, 9,3%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,8%-ni təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,3%, büdcə vəsaitləri 28,1%, bank kreditləri 7,9%, əhalinin şəxsi vəsaitləri 6,9%, büdcədənkənar fondların vəsaitləri 1,5%, sair vəsaitlər isə 0,3% təşkil edib.


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/esas-kapitala-yoneldilmis-vesaitin-70-8-daxili-menbeler-hesabinadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR