Şəki və Oğuzun bəzi kəndlərində qaz təchizatı dayandırılıb

Şəki və Oğuzun bəzi kəndlərində qaz təchizatı dayandırılıb
12:02 16 Avqust 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında 2 rayonun bir neçə ərazisində qaz təchizatının dayandırılmasına zərurət yaranıb.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, orta təzyiqli qaz xəttinin yol inşaat işləri zamanı zədələnməsi ilə əlaqədar olaraq saat 09:00-dan Şəki rayonunun Kiçik Dəhnə, Böyük Dəhnə, Dərə Cənnət, Suçma kəndlərində məhdudiyyətlər tətbiq edilib.
Oğuz rayonunda isə orta təzyiqli qaz xəttinin yeraltı yol keçidində qaz sızması aşkarlanıb. Ona görə də rayonun Bayan, Bucaq, Calut, Muxas kəndlərində məhdudiyyətlər olacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/seki-ve-oguzun-bezi-kendlerinde-qaz-techizati-dayandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR