Ağcabədidə qadının evindən xeyli sayda silah-sursat tapılıb

Ağcabədidə qadının evindən xeyli sayda silah-sursat tapılıb
12:07 16 Avqust 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

Ağcabədi rayon sakininin mənzilindən xeyli sayda silah-sursat tapılıb.
Ağcabədi Rayon Polis Şöbəsindən "Report"un Qarabağ Mərkəzinə verilən məlumata görə, rayon sakini Afət Heydərovanın yaşadığı mənzilə baxış keçirilib. 
Əməliyyat-axtarış tədbirləri nəticəsində A.Heydərovanın yaşadığı evdən 1 ədəd “Kalaşnikov”, 2 ədəd avtomat darağı, 1 ədəd "Kalaşnikov" markalı avtomata aid bıçaq, avtomat patronları, "Toz" markalı tüfəng, 16 kalibrli qoşa lülləli tüfəng, 1 ədəd qundağı çıxarılmış tüfəng, kustar üsulla hazırlanmış beşatılan tüfəng, 1 ədəd naqan tipli tapança, 2 ədəd " İJ-37" siqnal tapançası, 5 ədəd dəmir üsula hazırlanmış xəncər, iki ədəd bıcaq, "F1" əl qumbarası, tüstü qumbaraları, ov tüfənginə aid çoxlu sayda patronlar aşkar edilərək götürülüb. A.Heydərova maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.







Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agcabedide-qadinin-evinden-xeyli-sayda-silah-sursat-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR