x
Loading...

“Petkim” tekstil və PET qablaşdırma istehsalını xammalla təmin “PTA” fabrikini 50 milyon dollarlıq investisiya ilə yenidən işə salıb

“Petkim” tekstil və PET qablaşdırma istehsalını xammalla təmin “PTA” fabrikini 50 milyon dollarlıq investisiya ilə yenidən işə salıb
12:18 12 May 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 12 may, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə ən böyük aktivi və qardaş ölkənin yeganə xammal istehsalçısı olan “Petkim” 50-ci yaşında tekstil və PET qablaşdırma istehsalını xammalla təmin “PTA” fabrikini 50 milyon dollarlıq investisiya ilə yenidən işə salıb. Fabrikin tutumu illik 70 min tondan 105 min tona çatıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə “Petkim”in İzmirin Əliağa bölgəsindəki müəssisələrində keçirilən mərasimdə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi iştirak edib. “Petkim” üçün qürur gününü yaşandığını deyən N.Zeybekçi Türkiyənin tam müstəqil iqtisadiyyata sahib olası üçün sənayedə bu cür investisiyaların davam etdirilməli olduğunu vurğulayıb.
“Türkiyə xammalda, enerjidə gələcəyini sığortalamalıdır və “Petkim” gördüyü işlər buna ən gözəl nümunədir. Türkiyə kimi gələcəyin parlayan ulduzu olacaq bir ölkəyə SOCAR tərəfindən 20 milyard dollarlıq investisiyanın yatırılması çox əhəmiyyətlidir”, – deyə nazir qeyd edib.
“Petkim Petrokimya Holding A.Ş.”nin baş direktoru Sadəddin Qorqud fabrikdə PET şüşə başda olmaqla polyester lif, elektrik izolyasiya materialları və kimyəvi yapışqanlar kimi bir çox məhsul qrupu üçün xammal istehsal olunacağını deyib. Bildirilib ki, fabrikdə reallaşdırılan 50 faizlik böyümə illik istehsalın 70 min tondan 105 min tona çatmasına səbəb olub.
2008-ci ildə özəlləşən “Petkim”ə bu vaxtadək 600 milyon dollardan çox investisiya yatırıldığını deyən S.Qorqud 2015-ci ildə daha 125 milyon dollar həcmində investisiya qoyuluşunun nəzərdə tutulduğunu bildirib.
Mərasimdə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçiyə və “SOCAR Türkiyə”nin prezidenti Kənan Yavuza “Xəzərdən Çanaqqalaya” kitabı təqdim edilib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Petkim_tekstil_ve_PET_qablasdirma_istehsalini_xammalla_temin_PTA_fabrikini_50_milyon_dollarliq_investisiya_ile_yeniden_ise_salib-854229

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR