“Çörəyinizi əlinizdən almışam?” - Parisə gedən Pərvin

“Çörəyinizi əlinizdən almışam?” - Parisə gedən Pərvin
12:37 16 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Aktrisa Pərvin Abıyeva Parisə istirahətə yollanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, tətil fotolarını paylaşan sənətçiyə izləyicilərdən biri "Sonradan görənlər silsiləsindən şəkillər dayanmır zalımın qızında" rəyini yazıb.

Onun bu rəyi Pərvini özündən çıxarıb. Aktrisa izləyicisinə belə cavab verib:

"Maraqlıdır ki, bu aqresiya sizdə haradandır? Sizə pul atıb gəzirəm, ya yerinizdə gəzirəm? Çörəyinizi əlinizdən alıram ya nəsə pislik etmişəm? Niyə içinizdə sevgi yerinə kin bəsləyirsiniz? Mən dünyanın çox yerini gəzmişəm, əzizim, sonradan görən dünyanı gəzmir. İçinizə sevgi toxumları əkin, bu rəyi yazmağa sizə milyonlar vermirlər".

Qeyd edək ki, P.Abıyeva Azərbaycanda ən çox müzakirə olunan məşhurlardan biridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/778592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR