Abşeronda minik maşını yük maşınına çırpıldı - 1 ölü

Abşeronda minik maşını yük maşınına çırpıldı - 1 ölü
13:12 16 Avqust 2019
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, avqustun 15-də saat 5 radələrində Abşeron rayonunun Çaylı kəndi ərazisində Bakı şəhər sakini Sənan Xəlili idarə etdiyi "Hyundai" markalı avtomobili qarşıda gedən, Şamaxı rayon sakini K.Musayevin idarə etdiyi "Tatra" markalı (yük) avtomobilə vurub və zərbədən "Hyundai" markalı avtomobilin mühərrik hissəsində yanğın baş verib.

Nəticədə S.Xəlili hadisə yerində ölüb, mühərrikin yanar konstruksiyaları yanıb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/778663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR