Bu qadını tanıyan varsa, xəbər versin...

Bu qadını tanıyan varsa, xəbər versin...
11:37 16 Yanvar 2015
142 Sosial
Ölkə mətbuatı
A- A+

Tanınmış jurnalist, qeyri-hökumət təşkilatları sektorunda çalışan Sənan Nəcəfov rastlaşdığı dramdan bəhs edib.
 
Milli.Az bildirir ki, S.Nəcəfov Facebook-dakı profilində yazıb: "İş elə gətirdi ki, dostları evə mən aparıb qoymalı oldum. Səhər saat 5-də evə qayıdırdım. Binaya dönəndə yolun qırağında kiminsə oturduğunu gördüm. Yaxınlaşdım və dəhşətli bir mənzərə... Bir qadın, qucağında körpə, yanında isə 3-4 yaşlarında oğlan uşağı... Oğlan başını anasının dizinə qoyub yatıb. Havanın bu soyuğunda asfalt üstündə yatan uşaq. Təsəvvür edirsiniz? Dəhşətə gəldim. Maşını dərhal saxladım:
 
- Niyə buradasınız?
 
- Ev kirayəsinə görə evdən qovublar... ( ağladı)
 
- Nə qədərdi?
 
- X manat...
 
Heç fikirləşmədən əlimi atdım cibimə...
 
Sonra arxamca nə dediyini xatırlamıram. Qəhər məni boğurdu, ürəyim sancırdı.. O uşağın baxışları həyatımın sonuna qədər məni izləyəcək.
Amma bir şeyə əmin idim. Onları maşınla aparsaydım, ev kirayəsinə görə 2 uşağı çölə atan ev sahibini öldürəcəkdim. İnanın, öldürərdim. 3 balamı gözüyolda qoymaq istəmədim... Çox xahiş edirəm. Kiminsə rastına çıxarsa, ya da ki tanıyırsa, xəbər etsin. Bir tədbir görək. 24-25 yaşlarında qadındır. Dua edirəm ki, kimsə tanış çıxsın".
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR