x
Loading...

Bakıda Şərq Tərəfdaşlığının Riqa sammitinə hazırlıq prosesi müzakirə olunub

Bakıda Şərq Tərəfdaşlığının Riqa sammitinə hazırlıq prosesi müzakirə olunub
12:27 12 May 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Polşa və İsveç Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitindən öncə Azərbaycanla siyasi məsləhətləşmələr aparıb. 
Polşanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, bu gün Bakıda Polşa və İsveç XİN siyasi direktorları Yaroslav Bratkeviç və Torborn Solstremin Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşü keçirilib. 
Görüşdə tərəflər mayın 21-22-də Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitinə hazırlıq məsələlərini müzakirə edib. 
Qeyd edək ki, bir müddət əvvəl Y.Bratkeviç və T.Solstrem həmçinin Ermənistana səfər edib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/bakida-serq-terefdasliginin-riqa-sammitine-hazirliq-prosesi-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR