Gənc cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub

Gənc cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub
19:57 16 Avqust 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

"Sərhədçi" Olimpiya İdman Mərkəzində 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.
"Report"un məlumatına görə, yarışda 53 klubu təmsil edən 384 gənc cüdoçu medallar uğrunda mübarizə aparıb.
Birinciliyin son günündə oğlanlar və qızlar arasında səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşib. Qızların yarışında Səbinə Qədirova (52 kq), Diana Şoranova (63 kq), Nərmin Əmirli (78 kq), Aytəkin Paşazadə (+78 kq) oğlanların mübarizəsində isə Elçin Hüseynov (66 kq), Samir Ağayev (81 kq), Aslan Mirzəyev (100 kq) və İmran Yusifov (+100 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar. 
Ölkə birinciliyinin qalib və mükafatçılarına medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/genc-cudocular-arasinda-azerbaycan-birinciliyine-yekun-vurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR