[ 12 May 2015 13:39 ]
Bakı - APA. Qax şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 200 kv.m olan kürsülü, birmərtəbəli, 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, tavanı 180 kv.m sahədə və ev əşyaları qismən yanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.