“Stars of Disney Maker Studio” "Vimeo” üçün kontent yaradır

“Stars of Disney Maker Studio”  "Vimeo” üçün kontent yaradır
11:41 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Stars of Walt Disney Co”nun çoxkanallı şəbəkəsi “Maker Studio” qlobal onlayn videoplatforması olan “Vimeo On Demand”da eksklüziv nümayiş olunacaq kontent təqdim edəcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Vimeo part IAC/Interactive Corp” hazırda “Google Incs” “YouTube” auditoriyasının yaradıcıları üçün əlavə gəlir mənbəyi üzərində işləyir.
Yeni əməkdaşlıq çərçivəsində “Vimeo” “Makers” kiçik yaradıcı qrup tərəfindən kontentin yaradılması üzrə fond yaradacaq.

Birgə fəaliyyət şirkətlərə kontentləri yeni auditoriyalara təqdim etməyə və birbaşa “Vimeo On Demand” üzərindən daha böyük həcmdə gəlir əldə etməyə imkan verəcək.

“Vimeo On Demand” əlavə olaraq istifadəçilərin “YouTube”da pulsuz baxdıqları videoları dəstəkləyəcək.


Aynur Vəliyeva


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34802-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR