x
Loading...

​"Xəzər Lənkəran" Yunis Hüseynova görə cəzalanıb

​"Xəzər Lənkəran" Yunis Hüseynova görə cəzalanıb
12:57 12 May 2015
65 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi "Xəzər Lənkəran" klubunu cəzalandırıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb kimi komandanın baş məşqçisi Yunis Hüseynovun "Qarabağ"la Azərbaycan Premyer Liqasının XXXIII tur matçından sonra mətbuat konfransına qatılmaması göstərilib.
Komitə Lənkəran klubunu 1 000 manat cərimələyib. Oyunun protokolunda Y.Hüseynovun adı yazılsa da, jurnalistlər önünə Elbrus Məmmədov çıxıb. 
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qarabağ" maçtı 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/xezer-lenkeran-yunis-huseynova-gore-cezalandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR