​AFFA "Qəbələ", "İnter", "Neftçi" və "Bakı"nın futbolçularını cəzalandırıb

​AFFA "Qəbələ", "İnter", "Neftçi" və "Bakı"nın futbolçularını cəzalandırıb
14:07 12 May 2015
55 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, iclas zamanı "Qəbələ", "Neftçi", "İnter" və "Bakı" klubunun cəzalandırılmasına qərar verilib.
Azərbaycan Premyer Liqasının XXXIII turunda “Sumqayıt”la matçın 83-cü dəqiqəsində "Qəbələ"nin futbolçusu Ruslan Tağızadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
"Neftçi" ilə matçın 65-ci dəqiqəsində "İnter"in qapıçısı Səlahət Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib. 90-cı dəqiqədə isə “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Nəticədə klubun əvəzedicilərdən ibarət komandasına göndərilən futbolçu 2 oyunluq cəzaya, "ağ-qaralar" 2 000 manat cəriməyə məruz qalıb.
Komitə turun AZAL-la oyununda baş verənlərlə bağlı "Bakı"nı cəzalandırıb. Buna paytaxtın eyniadlı komandasının futbolçusu Vüqar Bəybalayevin 73-cü dəqiqədə idmançıya yaraşmayan hərəkəti səbəb olub. İkinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün Bəybalayev bir oyunluq cəzalanıb, klubu 200 manat ziyana düşüb. 90+2-ci dəqiqədə isə "Bakı"nın digər futbolçusu Mahir Mədətov da kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Nəticədə futbolçuya 2 oyunluq cəza, klubuna 2 000 manat cərimə kəsilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/affa-qebele-inter-neftci-baki-ceza

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR