"Qəbələ" ölkə çempionatına məğlubiyyətlə başlayıb

"Qəbələ" ölkə çempionatına məğlubiyyətlə başlayıb
23:12 17 Avqust 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasının ilk turun daha bir qarşılaşması oynanılıb.
"Report"un məlumatına görə, ötən mövsüm ölkə kubokunun qalibi olan "Qəbələ" finalda məğlub etdiyi "Sumqayıt"ı qəbul edib.
Rauf Cabbarovun idarə etdiyi matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Qəbələ şəhər stadionunda təşkil olunmuş matçda hər iki qolu qonaq komandanın yeni transferi Mehdi Şərifi vurub. Açılış oyunundakı kimi, yenə qırmızı vərəqə qeydə alınıb. "Qəbələ"nin futbolçusu Asif Məmmədov matçın sonlarında meydandan qovulub.
Bu, "Sumqayıt"ın "Qəbələ" üzərində ilk səfər qələbəsi olub.
Turun açılış matçında "Keşlə" "Qarabağ"a 0:1 hesabı ilə uduzub. Meydan sahibləri Emin Mehtiyevin qırmızı vərəqə alması səbəbindən oyunu azlıqda başa vurub.
Azərbaycan Premyer Liqası, I tur
17 avqust (şənbə)
19:00. “Qəbələ” – “Sumqayıt” - 0:2
Qollar: Mehdi Şərifi, 13; 29
Qırmızı vərəqə: Asif Məmmədov, 84 ("Qəbələ")
Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
Qollar: Mehdi Şərifi, 13, 29
Qırmızı vərəqə: Asif Məmmədov, 84-iki sarı vərəqə ("Qəbələ")


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-olke-cempionatina-meglubiyyetle-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR